Ford Transit Custom

Ford Transit Custom

new ford transit custom ms-rt

FORD TRANSIT CUSTOM

İnnovativ. Orijinal. Möhtəşəm. Hər avtomobilin öz imzası var. 

İş üçün nəzərdə tutulub, çətin tapşırıqlar üçün hazırlanıb. 

Yeni Transit Custom bir sıra mühüm dəyişikliklərə məruz qalıb. Tamamilə yeni. Gündüz hərəkət işıqları ilə (Trend və Sport versiyaları üçün standart) gözəl faralar. Təmiz və məntiqli tərtib olunmuş interyer. Gündəlik həyatı asanlaşdırmaq üçün geniş çeşidli sürücüyə dəstək funksiyaları və bir çox yeni xüsusiyyətləri ilə yanaşı, Transit Custom maksimum yük həcmini, əfsanəvi gücünü və dözümlülüyünü qoruyub. 

Xüsusiyyətlər

İşinizi dəstəkləyən güc

Transit Custom yüksək səmərəliliyə malik Ford EcoBlue dizel mühərrikləri seriyası ilə təchiz olunub. Bütün versiyalar Euro6 standartlarına uyğun gəlir və ağır yüklərin minimum xərclə daşınması üçün böyük faydalı fırlanma anını təmin edir. Güclü, təmiz və təkmilləşdirilmiş Ford EcoBlue dizel mühərrikləri mükafatlara layiq görülmüş, yüksək səmərəliliyə və texnologiyalara malik ən müasir Ford EcoBoost benzin mühərrikləri əsasında hazırlanıb. 

Daha çox sərnişin. Daha çox cihaz. Daha çox imkan.

Sərnişinləri işə apardıqdan sonra arxa oturacaqları qatlayıb yük yerini maksimallaşdırın. Yaxud həftəiçi furqon kimi istifadə edin, həftəsonu isə oturacaqları bərpa edərək ailənizi və dostlarınızı istirahətə aparın. Sizin istəyinizə uyğun – dözümlü Transit Custom Bus və Van siz və işiniz üçün müstəsna çeviklik təklif edir. 

Ford SYNC 3

Avtomobillə səyahət insanlarla ünsiyyət qurmağınıza mane olmamalıdır. Yeni Ford SYNC 3 asanlıqla smartfonunuzla inteqrasiya edir, beləliklə telefon zənglərindən mesajlara, musiqidən peyk naviqasiyasınadək  bir çox şeyi idarə etməyə imkan verir – üstəlik bütün bunlar 8 '' sensorlu ekran və ya sadə səsli əmrlər vasitəsilə mümkündür (tam). 

Sürücüyə dəstək texnologiyaları hərəkətə keçməyə kömək edir.

Yeni Transit Custom öncəki kamera və radar texnologiyasından alınan informasiyanı birləşdirərək sizə müxtəlif vəziyyətlərdə kömək edir. Toqquşma zamanı dəstək sistemi ilə (seçmə) sizi mümkün toqquşmalardan xəbərdar edir, zolaqdan qorunma xəbərdarlıq sistemi ilə (seçmə, Economy versiyasında yoxdur) sizi zolaq keçərkən xəbərdar edir. Transit Custom artıq sizə ən müxtəlif vəziyyətlərdə kömək olacaq qədər təchizatlıdır. 

Görə bilmədiklərini hiss edə bilərsən.

Yeni Ford Transit Custom sizin üçün, nəqliyyat vasitəniz üçün və sərnişinləriniz üçün güclü texnologiyalarla təmin olunub.