FORD FIESTA

FORD FIESTA

VIDEOYA BAX

Ford Fiesta

Qoy səhər iş yolunuz bir fincan təzə dəmlənmiş qəhvə qədər gümrahlaşdırıcı olsun. Ford Fiesta ilə avtomobilinizə həmişəkindən daha çox şəxsi toxunuşlar əlavə etmək üçün cəlbedici idarəetmə dinamikası və daha unikal, fantastik imkanlar yaratmışıq. Siz öz individual stilinizə uyğun gələn mükəmməl Fiesta-nı yarada bilərsiniz.

O, ağıllıdır!

Smart texnologiyalar görünməz şəkildə evinizdə işləyə bilirsə, təbii ki, avtomobilinizdə də eyni imkanlar olmalıdır. Ona görə Firesta hər gününüzü asanlaşdıran SYNC sistemi ilə təchiz olunub. Bütün bunları və daha çoxunu arzulaya biləcəyiniz ən yaxşı komfortu təklif edən məkanda kəşf edin. 



Xüsusiyyətlər

Avtomatik tənzimlənən kruiz-kontrol

Avtomatik tənzimlənən kruiz-kontrol

Adaptive Cruise Control with Stop & Go ilə səyahət etmək istədiyiniz sürəti seçirsiniz və sistem o sürəti qoruyur. Əgər daxildə quraşdırılmış RADAR sensoru sizdən öndə nəqliyyat vasitəsi görürsə, yavaşlayır. Beləliklə, avtomobillər arasında minimum məsafə qorunur və ya ehtiyac olarsa, əyləcləmə baş verir. Önünüzdəki yol yenidən açılan kimi sistem sizi seçdiyiniz sürətə qaytarır.

Arxaya getmək asandır

Yol konusları, velosipedlər, alçaq divarlar… Arxa kamera mərkəzi paneldə quraşdırılmış ekranda arxanızda ola biləcək hər şeyi nümayiş etdirir. Siz təpəliyə çıxanda sistem avtomatik aktivləşir və ekranda virtual zolaqlardan istifadə edərək dar yerlərdə parkinqi belə asanlaşdırır. 

Özünüqoruyan arxa görüntü güzgüləri

Avtomobili dar yerlərdə idarə edərkən və ya darısqal məkanlarda parkinq zamanı xarici güzgüləri zədələmək çox asandır. Elektriklə tənzimlənən qatlanan arxa görüntü güzgüləri seçimi ilə onları bir düymə ilə qatlayaraq bu zədələrdən qoruya bilərsiniz. Həmçinin, güzgülər isindiyi üçün səhər şaxtasında da daha sürətli və təhlükəsiz hərəkət edə bilərsiniz. 

Təhlükəsizlik və Müdafiə

Sizin təhlükəsizliyiniz və müdafiəniz bizim üçün həmişə prioritet olub. Tam yeni Fiesta sizi, sərnişinlərinizi və avtomobilinizi qəza anında qorumaq üçün təkmilləşdirilmiş texniki həll üsulları ilə təchiz olunub. Active City Stop, Door Edge Protection kimi əsas funksiyalarla yanaşı, hətta qəzanın qarşısının alınmasına xidmət edən bir sıra sistemlər də mövcuddur.